Abşeronda yaşayış binasnın həyətindən bahalı motosiklet oğurlanıb.
Stopnarkotik.az Xezerxeber.az-a istinadən xəbər verir ki, zərərçəkmiş özü araşdırma aparıb və müəyyən edib ki, motosikleti oğurlayan şəxs bu əməli tək törədib.
Kadrlar təhlükəsizlik kameralarına düşüb. Hadisə bir neçə gün əvvəl Abşeron rayon ''Gənclər'' şəhərciyində baş verib.
Zərərçəkmiş Əliheydər Novruzlu deyir ki, motosikletini saxlayıb, avtomobili ilə rayona gedib. Qayıdarkən motosikletin yerində olmadığını görüb Polisə məlumat verib.
Hadisə yerinə Abşeron rayon hüquq-mühafizə orqanlarının əmədaşları da gələrək baxış keçiriblər. Onlar Əliheydər Novruzludan hadisənin necə baş verməsin barədə izahat aldıqdan sonra gediblər. Zərərçəkmiş iddia edir ki, həmin şəxs əvvəldən onu izləyib, daha sonra cinayəti törədib.
Abşeron rayon Polis İdarəsindən bildirildi ki, faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam edir.