Rusiya təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu qəzetdə Taliban haqqında köşə yazıb.
Cızma-qara “Rossiyskaya qazeta” qəzetində “Əfqanıstan: sabitliyə aparan çətin yol” başlığı ilə dərc edilib.
Şoyqu yazıda Rusiya Federasiyasının yalnız 2025-ci ilin aprelində terrorçular siyahısından çıxardığı Taliban hərəkatını çox müsbət qiymətləndirir.
Müəllifin fikrincə, Əfqanıstandakı bütün çətinliklərə görə məsuliyyət təbii ki, Qərbin üzərinə düşür. Ölkədə narkotik istehsalının artmasında isə ABŞ günahkardır.
Stopnarkotik.az