Saxta əskinaslarla yaşlı insanları aldadan şəxs həbs edildi - VİDEO

Bakıda saxta əskinaslarla yaşlı insanları aldadan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əskinaslar təqdim edilməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edilən əməli törətdiyi üçün polislər tərəfindən saxlanılan 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Onun əməlindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat ver bilərlər. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.