Samuxda oğul atasına balta ilə xəsarət yetirib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib.
Xəsarət alan kişi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.