Samur-Abşeron kanalında kişi meyiti tapılıb.
Stopnarkotik.az xəbər verir ki, meyit kanalın Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində aşkar olunub.
Tapılan şəxsin kimliyi hələ məlum deyil.
Əraziyə FHN əməkdaşları cəlb olunub. Meyitin sudan çıxarılması üçün işlərlə başlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.