SALYANDA ƏMƏLİYYAT: keçmiş məhkum külli miqdarda narkotiklə tutuldu - FOTO

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov  barəsində həbs qətimkan tədbiri seçilib.