Sabunçuda avtomobildən oğurluq edən 45 yaşlı kişi saxlanıldı

Sabunçu rayonunda nəqliyyat vasitəsindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək “Changan” markalı avtomobilindən pul vəsaitinin naməlum şəxs tərəfindən talandığını bildirib. 

Stopnarkotik.az xəbər verir ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.Zeylanov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.