İyunun 28-də saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a Sabunçu rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
***
İyunun 28-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunda 1993-ci il təvəllüdlü Əhmədov Rasim Etibar oğlunun deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əliyev Vüqar Əjdər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.