Oktyabrın 13-ü saat 12 radələrində 1988-ci il təvəllüdlü Elməddin Hüseynovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nəsimi Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***13:18
Oktyabrın 13-də saat 12:30 radələrində Sabuçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cı il təvəllüdlü Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində olub.
Araşdırma aparılır.