Şabranda evə basqın zamanı xəsarət alan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB

1966-cı il təvəllüdlü şəxs (kişi cinsli) 24.06.2024-cü il tarixdə saat 12:30 radələrində Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə, huşsuz gətirilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Pasiyentə ağır açıq kəllə-beyin travması, baş-beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, təpə və sağ ənsə, gicgah nahiyələrinin çoxqəlpəli, basılmış sınıqları, təpə, ənsə nahiyələrinin çoxsaylı əzilmiş, sıyrılmış yaraları diaqnozları təyin edilib.

Hazırda əməliyyat olunur. Vəziyyəti ağırdır.

*** 19:09

Şabranda evə basqın etməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs - əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov da tutulub.

Qeyd edək ki, Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.