Sabirabadda İNTİHAR: 11-ci sinif şagirdi canına qıydı

Sabirabadda məktəbli intihar edib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Kənd sakini, 16 yaşlı Nicat Bəhlul oğlu Əlizadə yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.

N.Əlizadənin 11-ci sinif şagirdi olduğu, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.