Sabirabadda çətənə kolu yetişdirən şəxslər tutuldu

Sabirabad rayonunun Yastıqobu kənd sakini Habil Abuşov və oğlu Ramin çətənə kolu yetişdirməldə şübhəli bilinərək saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onların yaşadığı evdən 27 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolu götürülüb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.