Astarada keçmiş bələdiyyə sədrinin qətlinin üstü açılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN-in yaydığı birgə məlumatda bildirilib.
Qeyd edilib ki, mayın 3-də Astara rayonun Şümrüd kənd sakini 1969-cu il təvəllüdlü Eynəli Əzizovun meşəlik ərazidə meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb.
Polir və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində balta ilə Eynəli Əzizova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Aslan Şüvünəliyev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, Eynəli Əzizov keçmiş bələdiyyə sədri olub və hazırda müəllim kimi fəaliyyət göstərirmiş.