Ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) “Qələbə Koalisiyası”nın əsas lideri həbsdə olan sabiq Prezident Mixeil Saakaşvili olacaq.
Stopnarkotik.az xəbər verir ki, bunu partiyanın sədri Levan Xabeişvili jurnalistlərə açıqlamasında deyib.
“Cəmiyyət çox gözəl anlayır ki, “Milli Hərəkat”ın sədri, təsisçisi, lideri var, o da prezident Saakaşvilidir... Müvafiq olaraq, bu seçkilərdə “Milli Hərəkat”ın, “Qələbə Koalisiyasının” əsas lideri Mixeil Saakaşvili olacaq”, - deyə Xabeişvili vurğulayıb.
Qeyd edək ki, bu ilin oktyabrında ölkədə parlament seçkiləri keçiriləcək. "VMH" və “Aqmaşenebeli Strategiyası” partiyaları artıq qarşıdan gələn seçkilərlə əlaqədar “Qələbə Koalisiyası” formalaşdırıblar.