Böyük Britaniya rusiyalı publisist Vladimir Kara-Murzanın həbs edilməsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Bildirilir ki, yeni sanksiya siyahısına altı rusiyalı əlavə edilib. "Qara siyahı"ya salınanlar arasında hakimlər Vitali Belitski, Yekaterina Doroxin, Natalya Dudar, dövlət ittihamçıları Boris Loktionov və Anna Potıçko, habelə dövlət ittihamçısının şahidi Danila Mixeyev var.
Qeyd edək ki, bu gün, iyulun 31-də Birinci Apellyasiya Məhkəməsi ictimai xadim və jurnalist Vladimir Kara-Murzaya verilən hökmü qüvvədə saxlayıb. Aprel ayında Moskva Şəhər Məhkəməsi Vladimir Kara-Murzanı dövlətə xəyanət (Cinayət Məcəlləsinin 275-ci maddəsi), Rusiya ordusu haqqında yalan məlumat yaymaqda ittiham edib.