Rusiyada narkopolis 25 yaşlı iki Azərbaycan Respublikası vətəndaşına qarşı cinayət işi açıb.
Stopnarkotik.az lent.az-a istinadla xəbər verir ki, onlar onlayn yolla əldə etdikləri narkotikləri Həştərxanda satmağı planlaşdırıblar. Azərbaycanlılar narkotik maddəni gizlədərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb. Şübhəlilər daha üç belə yer göstəriblər.
Məlum olub ki, onlar ümumi çəkisi 1,66 qram olan mefedronu və çəkisi 0,03 qram olan N-metilefedronu satmağa cəhd ediblər. Şübhəlilərdən biri etiraf edib ki, onlar Həştərxana pul qazanmaq üçün gəliblər. Tanışı onu cinayət işinə cəlb edib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Narkotik alverçiləri təqsirli bilinərsə, onları 15 ilə qədər həbs gözləyir.