“Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
O, Rusiya Cinayət Məcəlləsinin maddələrindən biri üzrə təqsirləndirilən şəxs qismində axtarılır. Hazırda onun konkret hansı maddə ilə ittiham olunduğu açıqlanmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya məhkəməsi Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.
