Böyük Britaniya Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketləri göndərəcək.
Bu barədə Britaniyanın müdafiə naziri Qrant Şepps deyib.
“Ukraynanın müdafiəsini dəstəkləməyə davam edirik. Ona görə də Rusiyanın PUA və raketlərini inanılmaz dəqiqliklə məhv etmək üçün Britaniya Ukraynaya hava hücumundan müdafiə raketləri göndərir”, - deyə nazir bildirib.