Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci ilin yanvar-avqust ayları hesabatında müsadirə olunan narkotik vasitələrin 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 306 kq 678,863 qramını marixuana təşkil edib.
2024-cü ilin yanvar-avqust dövründə müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 178 kq 838,75 qr-nı (82%) marixuana təşkil etmişdi ki, onun da 3 ton 631 kq-ı (86,9%) xarici ölkə mənşəli olmaqla, 547 kq-ı (13,1%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
2025-ci ilin yanvar-avqust dönəmində isə müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 306 kq 678,863 qr-nı (88,5 %) marixuana təşkil etmişdir. Onun da 4 ton 662 kq 710,498 qramı (88%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 644 kq 997,975 qramı (12 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir. O da aydındır ki, psixotrop maddələrlə zənginləşdirilmiş marixuananın mənşəyi İrandır.
Stopnarkotik.az