ƏRİ NARKOTİKƏ ALIŞDIRDI, HƏYATI CƏHƏNNƏMƏ DÖNDÜ – Nərgizin tükürpədici ailə dramı / Video

Nərgiz Cəfərovanın 34 yaşı var. Hazırda narkotik asılılığından əziyyət çəkir. Deyir ki, ailədə 6 uşaq olublar. Atası 2005-ci ildə xəstəlikdən dünyasını dəyişib. Qardaşının biri hələ 11 yaşı olanda özünü 7-ci mərtəbədən atıb, digər azyaşlı qardaşı və bacısı isə boğaz ağrısı səbəbindən iynə vurulduqdan cəmi 15 dəqiqə sonra vəfat ediblər. Bundan sonra anası ağlını itirib və bir müddət sonra avtobus vuraraq öldürüb.

Nərgiz iki dəfə ailə həyatı qurub. Xəstə anasına baxmaq məcburiyyəti qarşısında birinci həyat yoldaşından ayrılıb. İkinci həyat yoldaşı isə onu narkotikə qurşandırıb və artıq 3 ildən çoxdur asılılıqdan əziyyət çəkir.

Daha bir qardaşı və bacısı olsa da, hazırda onların harada olduqlarından xəbərsizdir. Deyir, qohumlardan da kimsə ona sahib çıxmayıb. Amma qonşular onu ac-susuz qoymayıb, hər zaman dəstək olmağa çalışıblar.

O, Stopnarkotik.az-ın dəstəyi ilə Respublika Narkoloji Dispanserinə yerləşdirilib. Bundan öncə isə həyat hekayəsini bizimlə bölüşüb.

Buyurun, Nərgizin dəhşətli ailə faciəsini öz dilindən eşidin.

Stopnarkotik.az