Rayon qeydiyyatı olan maşınların Bakıya girişinə qadağa qoyulacaq?

Rayon qeydiyyatı olan avtonəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq.

Bunu Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.

O bildirib ki, həmin nəqliyyat vasitələri postlarda saxlanılıb bir-bir yoxlanılmayacaq.