Qəzzada müharibə nəticəsində ölənlərin sayı açıqlandı

Oktyabrın 7-dən bəri İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 11 470 nəfər fələstinli ölüb.

Bildirilib ki, bununla bağlı məlumatı toplayan Fələstin anklavının səhiyyə sistemində baş vermiş kollaps səbəbindən bir neçə gündür ki, ölənlərin sayı yenilənmirdi.

Xatırladaq ki, noyabrın 12-də Fələstin Səhiyyə Nazirliyi İsrailin bombardmanları qurbanlarının sayının 4 609-u uşaq olmaqla 11 180 nəfər olduğunu bildirib. İdarənin məlumatına görə, 28,2 minə yaxın insan xəsarət alıb.

İsraildə HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayı rəsmi olaraq 1 200 nəfərdən çoxdur.

Mənbə: aljazeera.com