Qəzza zolağındakı müharibə İsrailə neçəyə başa gələcək? – Bank sədri məlumat yaydı

İsrailin müharibə xərci ümumi daxili məhsulun 10 faizinə çata bilər.

Bu barədə İsrail Bankının sədri məlumat yayıb.

İsrail Bankının Pul Siyasəti Komitəsinin faiz dərəcələrini yüzdə 4,75 səviyyəsində saxlama qərarından sonra qurumun rəhbəri Əmir Yaron yazılı açıqlama yayaraq bildirib ki, bura hərbi əməliyyatlar və yenidənqurma ilə bağlı birbaşa xərclər daxildir.

Qeyd edək ki, 2022-ci ildə İsraildə ÜDM 500 milyard dollara yaxın olub. Yaronun açıqlamalarından belə nəticəyə gəlmək olar ki, Qəzza zolağındakı qarşıdurma İsrailə 50 milyard dollara başa gələ bilər.

Onu da bildirək ki, İsrail Milli İqtisadiyyat Şurasının ayın əvvəlində açıqladığı hesabatda müharibə xərclərinin 200 milyard şekelə (54 milyard dollar) çata biləcəyi bildirilib./azpoltika.info