Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Qusar rayon prokurorluğundan Stopnarkotik.az-a verilən məlumata görə, dekabrın 16-da rayon sakini Diana Təyibovanın öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***10:38
Dekabrın 16-sı səhər saatlarında Qusar rayon Hil kəndinin ərazisində yerləşən evdə kənd sakini, 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Stopnarkotik.az xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.