Qubada qadın balta ilə qohumuna ağır xəsarət yetirib

Quba rayonunun Çartəpə kəndində qohumlar arasında yaranan münaqişə davaya çevrilib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Çartəpə kənd sakini 34 yaşlı Kamran Rüstəmova yaşadığı evdə qohumu 43 yaşlı G.Nəcəfova balta ilə xəsarətlər yetirilib.

K. Rüstəmov Quba rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Hadisənin torpaq sahəsinə görə düşən mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.