Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi - RƏSMİ AÇIQLAMA

Sentyabrın 15-də Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü Qərib Rzayevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Xaçmaz rayon prokurorluğundan Stopnarkotik.az-a verilən məlumata əsasən, istintaqla 1996-cı il təvəllüdlü Yalçın Hüseynovun qeyd edilən tarixdə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən hissəsində Qərib Rzayevin baş nahiyəsinə yerdən götürdüyü daşla zərbələr vuraraq xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yalçın Hüseynova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Stopnarkotik.az