Daxili İşlər Nazirliyi Samuxdakı bıçaqlanma ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Sropnarkotik.az-a açıqlamasında bildirib ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və anası A. Nəbiyevanın daxilə keçən kəsilmiş-deşilmiş, 1960-cı il təvəllüdlü Xaliq Həsənovun isə ayaq nahiyəsindən kəsici alətlə xəsarət almaları barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci təvəllüdlü Fədail Quliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***19:25
Samuxda baş verən incident zamanı 4 nəfər bıçaqlanıb, hadisəni törədən şəxs özünə də xəsarət yetirib.
Stopnarkotik.az xəbər verir ki, 63 yaşlı Həsənov Xaliq Zaman oğlu və 41 yaşlı Quliyev Fədail Vaqif oğlu da bıçaq xəsarətləri alıb.
İlkin məlumata görə, hadisə qonuşlar arasında şəxsi münaqişə zəmnində baş verib. Hadisəni Fədail Quliyevin törətdiyi bildirilir. O, daha sonra özünə də xəsarət yetirib.
***18:32
Samuxda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.
43 yaşlı Aynur Nəbiyeva və onun övladı 22 yaşlı Ayxan Nəbiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onlar əməliyyat ediliblər.
Hadisənin baş vermə səbəbləri araşdırılır.