Qonaq getdiyi evdən pul oğurladı, həbs olundu

Şabran rayonunun Ağbaş kəndi ərazisində qonşusunun qəpiklərini oğurlayan şəxsə hökm oxunub. 

Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Adil Səmədov (ad-soyad şərti) qonşusunun fərdi yaşayış evinə qonaq gedib. 

Adil getdiyi evdə qonşusunun övladına məxsus 32 manat dəyərində dəmir qəpikləri oğurlayıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.