Qohum evliliyini qadağan edən qanun iyulun 1-dən qüvvəyə minir

"İnsanların çoxu qohum evliliyi ilə bağlı qadağaya hazır deyil".

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı deyib.

A.Vəliyev xatırladıb ki, bunu qadağan edən qanun bu ilin iyulun 1-dən qüvvəyə minəcək: "Bununla bağlı xeyli sayda müzakirələr olub, sosial mediada insanlar məlumatlandırılıb".