Amerika bazarında narkotik alveri heç də həmişə perspektivli biznes olmur. Çünki narkotikin ələ keçməsi, müsadirəsi, malı üzərinə həbs qoyulması riskləri çoxdur və narkotikin topdansatış qiymətləri bir kiloqram üçün 20.000-25.000 dollar arasında dəyişir. Ona görə kolumbiyalılar kokaini bir kiloqramının 35 000 dollardan baha olduğu Avropaya və ya Çinə (50 000 dollar) və ya Avstraliyaya (100 000 dollar) göndərməyi tərcih edirlər. Burada risklər daha azdır və gəlir daha yüksəkdir.
İndiki Kolumbiyalı narkotik alverçisi “Armani”dən daha çox “Arturo Calle” markasından geyinir, timsah dərisindən tikilmiş çəkmələrdən çox klassik Avropa ayaqqabıları geyinir, Ferraridən çox Toyota sürür, qızıl kranlı malikanədən çox orta səviyyəli mənzildə yaşayır. O hörmətli iş adamının simasına sahibdir. Pablo Eskobar narkotik ticarətini sənayeləşdirdikdən 40 il sonra bu işi atalarından və hətta babalarından öyrənmiş yeni nəsil narkotik alverçiləri meydana çıxır. Onlar çox milyonluq bizneslərini diqqəti cəlb etmədən, radara düşmədən yürüdürlər. Kolumbiya iqtisadiyyatının hər sahəsinə sərmayə qoyuluşuna gəldikdə isə çirkli pulların yuyulmasının daha qarmaqarışıq duruma düşməsindən 50 il sonra çirkli pulları təmiz puldan ayırmaq mümkün deyil. Bugünkü narkobaron artıq bir kiloqram kokainə əlini vurmur. Onun silahları şifrəli cib telefonu, müxtəlif hüquqi biznes portfeli və qlobal maliyyə haqqında dərin bilikdir. O, görünməzdir və Kolumbiyada "narkotik ticarətinin dördüncü nəslinin ürəyini" təmsil edir.
Narkotik ticarəti planetin ən dinamik biznesidir. Milyardlarla dolları idarə edən, milli və beynəlxalq hüquq-mühafizə orqanlarına müqavimət göstərə bilən narkobiznesmen, dəyişən şərtlərə hökumətdən və təhlükəsizlik güclərindən daha tez uyğunlaşır.
Şərtlər bir sıra milli və beynəlxalq amillərə görə Kolumbiyalı narkobaronların xeyrinədir.
Venesuelanın süqutu və prezident Nikolas Maduro dövründə Çaves rejiminin kriminallaşdırılması, Kolumbiyada kriminal dinamikanı körükləyir. Amma Braziliya da bu narkotcarət sisteminin içindədir. Braziliya dünyanın ikinci ən böyük kokain istehlakçısıdır və uzun müddətdir beynəlxalq narkotik daşımaları üçün əsas daşınma məntəqəsi kimi istifadə olunur. Venesuela isə Kolumbiyadan narkotik vasitələrin daşınması üçün əsas tranzit məntəqəsidir və ölkənin getdikcə kriminallaşdırılan rejimi narkotik yüklərinin təhlükəsiz keçidini təmin edir. Braziliya da Avropanın əsas kokain təchizatçılarından birinə çevrilərək, ölkənin transatlantik narkotik ticarətindəki rolunu sürətlə dəyişdirərək narkotiklərlə mübarizə orqanlarını heyrətə salıb. Belə ki, uzun müddətdir kokain istehlak edən ölkə olan və Kolumbiya, Peru, Boliviyada istehsal olunan məhsullar üçün bazar hesab edilən Braziliya, narkotikin okeanın o tayında-Avropda daşınması üçün əsas start meydançasına çevrildi.
Braziliyalı dəstələr hazırda dəyəri 9 milyard avrodan (10,15 milyard dollar) çox olan Avropanın kokain bazarını qidalandıran oyunçulardır. Braziliyanın yeni statusu kokaini "Avropaya daşıyan aparıcı mərkəz"dir. Bunu demək olar ki, tamamən Antverpen limanından keçərək Avropaya daxil olan Cənubi Amerikadan gələn kokainin əsas qapısı olan Belçikada görmək olar. Qlobal kokain istehsalı, demək olar ki, yalnız Kolumbiya, Peru və Boliviyada hələ 2013 və 2017-ci illər arasında iki dəfədən çox artaraq təxminən 1,976 tona çatmışdı. Meksika kartellərinin gəlirli ABŞ bazarına doğru yayılması ilə Braziliya bandaları gözlərini Avropaya çevirdilər. Avropa həm də Yaxın Şərq və Asiyada böyüyən bazarlar üçün nəzərdə tutulmuş kokain üçün əlverişli pit-stopdur. FDN kimi tanınan Braziliyalı “Şimal Ailəsi” ilə tədarükçüləri Kolumbiya və Peru kokaini ilə təmin edən Kolumbiyalı “Los Caquetenos” bandası arasında şəriklik yaranıb. Nikolas Maduronu aradan qaldırmaq cəhdləri isə Avropa kokain bazarı uğrunda gedən rəqabət oyunudur. Belə görünür ki, “Çin-İran-Kuba-Venesuela” konfiqurasiyasının “Kolumbiya-Braziliya-yeni Venesuela” sisteminə dəyişdirilməsi prosesi gedir. Amma bu yaxınlarda İranın dominantlığı altında olan Suriya hakimiyyətinin Venesuelaya “neft işbirliyi” sferasında biznes yaxınlaşması Tehranın kokain rəqabətindən kənarda qalmaq istəməməsini göstərir. Amma İran bu dəfə daha ağıllı davranır, Milyadrlıq narkotik biznesindən offsaytda qalmaq fikrində olmayan İran Dəməşqi oyun qoşmaqla birbaşa Suriyadakı kaptaqon istehsal edən narkotik fabriklarını prosesə cəlb edir. Neft razılaşmaları isə sadəcə narkotik istehsalı, daşınması və biznesi üçün dizayn edilmiş kamuflyajdır.
Stopnarkotik.az