Qızını bir il ac saxlayaraq öldürən ataya elə yüngül cəza verildi ki...

ABŞ-da 7 yaşlı qızını 1 ilə yaxın ac saxlayaraq ölümünə səbəb olan ata 5 il həbs cəzası alıb.

Stopnarkotik.az Publika.az-a istinadən xəbər verir ki, 42 yaşlı Julius Faynday qızı Jevel Skayı 2022-ci ilin 1 yanvarından Milad bayramına kimi qəsdən yeməkdən məhrum edib.

Həmçinin kiçik qızın gigiyena problemlərinin olduğu da aydın olub.

Atanın məhkəmədən əvvəl günahını etiraf etməsi və səmimi peşmanlıq nümayiş etdirməsi həbs cəzasının yüngülləşməsində mühüm amil olduğu bildirilib.