Tovuzda 10 yaşlı oğlan qızılcadan ölüb.
Stopnarkotik.az xəbər verir ki, rayonun Qədirli kənd sakini 2014-cü il təvəllüdlü Yusif İsmayılov ötən gün Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Y. İsmayılov bü gün xəstəxanada dünyasını dəyişib.
Ölüm faktı ilə bağlı araşdırma aparılır.