Abşeron rayonu ərazisində sfetoforun qırmızı işığından keçən və sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, “İsuzu” markalı 10-TG-026 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Quliyev Kəmaləddin Yavər oğlu və “İsuzu” markalı 90-RB-533 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü sərnişin daşıma fəaliyyəti göstərən Rəcəbov Firdovsi Abgül oğlu sərnişin dolu avtobusla həm özlərinin həmdə digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçib.
Bu səbəbdən DYP-yə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb və qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülüb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilədə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara hərəkət zamanı qaydaları ciddi şəkildə riayət etməyə, özləri ilə yanaşı sərnişinlərində həyat və sağlamlığına cavabdeh olduqlarını unutmamağa çağırırıq", - məlumatda qeyd olunub.