Qırmızı dəniz və Myanmadan ABŞ-a uzanan yeni narkotrafik marşrutu - TƏHLİL

Qırmızı dənizdən gəmilərin keçməsilə bağlı son bir həftədir qalmaqallı durum yaşanmaqdadır. Məsələ ondadır ki, baş verənlər Çindən prekursorlar, eləcə də Myanmadan opiat və metamfetaminin Sakit Okean vasitəsilə Meksika və ABŞ-a getməsilə bağlıdır.
Sual oluna bilər ki, Qırmızı dənizdəki hadisələrin bununla nə əlaqəsi var?
Məsələ belədir. Afrikadan yan keçən marşrutlar digərlərindən bir neçə gün daha uzundur, ona görə də malların çatdırılmasında, sonra konteynerlərin dövriyyəsində ləngimə və digər xətlərdən əlavə konteynerlərin və gəmilərin cəlb edilməsi müşahidə olunur. O cümlədən Sakit okean istiqamətindən.
Eyni zamanda, Panama kanalı ərazisindəki quraqlıq da orada konteynerlərin axınını ləngidir.
Gəmilərin bir hissəsinin Süveyş kanalı ilə göndərilməsi planlaşdırılırdı, lakin indi bu variantda problemlər var. Gəmilərin cənubdan Cənubi Amerikanı fırlanması üçün lazım olan Dreyk boğazından keçən alternativ marşrut 16 gün daha uzun çəkir.
Konteyner gəmiləri marşrutlarda olacaq, amma yüklərin çatdırılmasında gecikmələri azaltmaq üçün yeni həll yolları tələb olunacaq.
Pandemiya illərində konteyner çatışmazlığı yükdaşıma xərclərinin artmasına səbəb oldu. Məsələn, "Maersk" 2021-ci ilin birinci rübündə (14 dəfə) 2,7 milyard dollar mənfəət əldə etdiyini bildirdi.
Sonra belə vəziyyət yarandı: Çin uzun qapanmalardan sonra digərlərinə nisbətən daha tez bu durumudan çıxdı və mallar Avropa və ABŞ-a getdi. Bəzi limanlar qismən bağlıdır və istehsal dayandırılıb. Konteynerlərin 2/3-ə qədəri limanlarda qalıb. Şirkətlər boş konteynerləri tez bir zamanda yenidən yükləmək və ABŞ ilə Aİ-yə göndərmək üçün geri daşıdılar. Sonra Çin yenidən qapandı və konteyner böhranının yeni mərhələsi başladı.
2022-ci ilin ikinci yarısında dəniz nəqliyyatı bazarında konteyner təklifi təlabatdan çox idi.
28 sentyabr 2023-cü ildə Bloomberg, Hamburqda yerləşən "Container xChange" ticarət platformasının hesabatına əsaslanaraq, Rusiyada 150.000 artıq yük konteynerinin olduğunu bildirdi, çünki... Çindən Rusiyaya xeyli yükdaşıma var. Rusiya Çinə konteynerlərdə daşınmayan neft, taxıl, qaz və kömür verir. Əəvinzdə isə Çindən konteynerlərdə mal alır. 
Meksika və ABŞ-a qayıdaq. Fentanil yoluna, ölümcül narkotik axınının Çindən Meksikaya, oradan da ABŞ-a necə keçdiyinə nəzər salaq. Bu sifariş Meksikadan gəlir.
Uxan şəhərindəki Çin şirkəti (!) sənaye təmizliyi üçün kimyəvi məhsullar satdığını deyir. Narkotik prekursorları və hazır fentanil Sakit Okeandakı iki Meksika limanı vasitəsilə -Miçoakandakı Lasaro Cardenas, hansı ki, CJNG narkokarteli tərəfindən idarə olunur və Sinaloa narkokarteli tərəfindən idarə olnan Sinaloadakı Mazatlan limanı vasitəsilə təmin olunur. Meksika torpağına qədəm baxan prekursorlar isə narkotik istehsalı üçün kiçik laboratoriyalara daşınır.
"Sinaloa Cartel"nin ən məşhur məhsulu sintetik "M30" həbləri, ABŞ-da məşhur ağrıkəsici "OxyContin" tabletlərinə bənzəyən kiçik mavi fentanil tabletləridir. Yük daha sonra sərhəddən ABŞ-a çatdırılır.
San-Fransiskoda keçirilən APEC sammitində Bayden və Si Szinpin fentanil prekursorlarının tədarükü ilə mübarizə aparmaq barədə razılığa gəliblər.
Bundan sonra Si Szinpin Meksika prezidenti ilə görüş keçirib, burada Asiyadan prekursorların tədarükünə nəzarətin gücləndirilməsi də müzakirə edilib.
Ola bilsin ki, Qırmızı dənizdə baş verən hadisələr bu razılaşmalara kömək etsin. Ola bilsin ki, ABŞ-da fərqli siyasi əlaqələri olan CJNG və Sinaloa arasında rəqabət də güclənəcək.
Stopnarkotik.az