Qəbələdə dəhşət: ana və qızı bıçaqlandı

Oktyabrın 17-si saat 20:30 radələrində Qəbələ şəhər sakini Elnarə Tahirovanın və onun 17 yaşlı qızının kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Salatın Əhmədiyyəzadə saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.