“Qazaxlı Alik”in oğlu həbs edildi

Qazaxlı Alik”in oğlu Fuad Muradov həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, o, hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilir.

Fuad Muradovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Ona Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham irəli sürülüb və Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.