"Qasım əmi, səsin gəlir, yata bilmirəm" deyib qonşusunu döydü - HƏBS EDİLDİ

Naxçıvanda yaşlı kişini döyən mühafizəçiyə hökm oxunub.

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, 1978-ci ildə Naxçıvan şəhərində doğulmuş, çörək zavodunda mühafizəçi işləyən Elnur Qasımov (soyad şərti) yaşlı qonşusunu döydüyü üçün saxlanılıb. 

Zərərçəkmiş Qasım adlı şəxs həyətdə domino oynayan ağsaqqallarla ayaqüstü salamlaşıb, yüksək səslə onlarla söhbət edib. Elnur yaşadığı binanın pəncərəsindən boylanaraq "Qasım əmi səsin gəlir, yata bilmirəm, uca səslə danışma" deyərək ona irad tutub. 

Qasım isə Elnurun iradından hiddətlənərək onun aşağı düşməsini tələb edib. Elnur yaşadığı binanın hətyətinə düşüb və nəticədə onlar arasında mübahisə yaranıb. Sonuncu Qasımı döyərək, bədəninin nahiyyəsindən yumruq və şillə ilə vurub. 

Elnur polis tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Elnur 20 gün müddətinə inzibati qaydada həbs edilib.