Polis Qaradağ rayonunda yerləşən 320 saylı tam orta məktəbdə “Narkotik bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirib.
Stopnarkotik.az xəbər verir ki, tədbirlərdə iştirak edən Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkomanlıq və onun yaratdığı təhlükələrdən danışılıb, bu istiqamətdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edilib. Tədbir zamanı neqativ halların aradan qaldırılması üçün vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyəti də vurğulanıb.
Həmçinin gənclərin zərərli vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri üçün tövsiyələr verilib.

