Bakının Qaradağ rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Qaradağ rayonunda ümumi sahəsi 140 m² (hər mərtəbəsi 70 m²) olan ikimərtəbəli 3 otaqlı evin 1-ci mərtəbəsində 1 ədəd divan yanıb, yüksək temperaturdan 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.