Moskvanın “Lefortovo” İstintaq Təcridxanasında Rusiya İstintaq Komitəsinin daxili təhlükəsizlik idarəsinə rəhbərlik etmiş keçmiş ədliyyə general-mayoru Mixail Maksimenko həyat əlamətləri olmadan tapılıb.
Stopnarkotoik.az lent.az-a istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, meyit noyabrın 21-də səhər tezdən anbarda tapılıb. Məlum olub ki, general özünü ayaqqabısının bağı ilə asıb.
Maksimenko korrupsiyaya görə 14 il həbs cəzası çəkirdi. Məhkəmə müəyyən edib ki, o, Rusiya İstintaq Komitəsinin Moskva Baş İdarəsinin keçmiş rəisi, general Aleksandr Drımanov və idarənin bir sıra digər yüksək rütbəli əməkdaşları ilə birlikdə “qanuni oğru” Şakro Molodoydan paytaxtdakı restoran yaxınlığında atışmaya görə həbs edilən kriminal avtoritet Andrey Koçuykovun (İtalyan) həbs-qətimkan tədbirinin ləğv edilməsi üçün bir milyon dollar alıb.
Bu korrupsiya işi üzrə təqsirləndirilən şəxslərdən biri, Moskva Mərkəzi İnzibati Dairəsi üzrə Rusiya İstintaq Komitəsinin şöbəsinin keçmiş rəisi, keçmiş polkovnik Aleksey Kramarenkonu Rusiya prezidenti əfv edib və 10 illik cəza çəkməkdən azad edilib. O, Ukrayna ilə müharibəyə göndərilib.