Qadınları İrana apararaq cinsi istismara məruz qoyan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevda Məmmədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sevda Məmmədova azərbaycanlı olan 6 qadın İranın paytaxtı Tehran şəhərində işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2017-2019-cu illərdə Tehrana aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib.

Sevda Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.