Polşa prezidenti Anjey Duda Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə uduzacağı ilə bağlı yayılan bəyanatlara münasibət bildirib.
Duda bunu "The Wall Street Journal"ın naşiri, "Dow Jones"un baş direktoru Almar Laturla söhbətində deyib.
“Bu gün deyirlər ki, Vladimir Putin müharibəni uduzur və onun məğlubiyyətini Finlandiyanın NATO-ya üzv olması ilə əlaqələndirirlər. Baxmayaraq ki, uzun illər fin xalqı buna tərəddüd edirdi. Xanımlar və cənablar, Vladimir Putin heç bir müharibədə uduzmayıb”, - Polşa prezidenti bildirib.
Duda qeyd edib ki, indi Rusiya Ukraynanı əsir, hər gün yüzlərlə insan cəbhədə ölür:
"Unutmayaq ki, 100 milyondan çox rus və 40 milyondan az ukraynalı var”.
“Təkcə bu fərq kimin üstün olduğunu göstərir. Ruslar üçün insan həyatı heç bir əhəmiyyət kəsb etmir, ukraynalılar üçün hər həyat qızıl kimi dəyərlidir. Bunlar fərqli mədəniyyətlərdir. Rusiya nüvə fövqəldövlətidir, onun çoxlu silah ehtiyatı var. Biz gülürük ki, Kreml hər birinin çəkisi 50-60 ton olan 1960-cı illərin tankını cəbhəyə gətirir. Rus ona minirsə, müasir olub-olmamasından asılı olmayaraq əzib keçəcək”, - deyə o vurğulayıb.
"Putin o vaxt uduzacaq ki, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxacaq", - Duda əminliklə bildirib.
“Müharibə davam edir, Rusiya getdikcə daha çox insan səfərbər edir, iqtisadiyyatı hərbi sistemə keçib. Şübhə etməyin, onlar insanlara həqiqəti deyəcəklər ki, kəmərlərini sıxsınlar (hətta ac olsalar belə), fəxr etsinlər ki, Rusiya böyük ölkədir”, – Polşa prezidenti yekunlaşdırıb./bizim.media