Prezidentliyə namizəd xalqa səsləndi: “Mənə 1 manat verin”

“Azərbaycan prezidentliyinə namizədliyimin irəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqləndi və mənə bildiriş verildi”. 

Stopnarkotik.az yenisabah.az-a istinadən xəbər verir ki, bunu müvəqqəti olaraq fəaliyyətini dayandırdığını elan etmiş Azərbaycan Liberal Partiyasının sədri, hüquqşünas Əvəz Temirxan bildirib. 

O, seçkilərlə bağlı “Kapitalbank”da  hesab açdığını da qeyd edib. 

“Yəqin ki, bu gün imza vərəqələrini mənə verəcəkər”, - əlavə edib. 

Əvəz Temirxan onu dəstəkləyənləri “Kapitalbank”da açdığı hesaba pul köçürməyə də çağırıb. 

“Məni dəstəkləyən hər kəsi seçki kampaıyamın maliyyələşməsi üçün bu hesaba cəmi 1 manat köçürməyi, imza verməyi təklif edirəm”, - o deyib. 

Ə.Temirxan bildirib ki, seçkidən sonra pulların qalığı son qəpiyinədək yeni yaradılacaq “Azərbaycan” Fonduna köçürüləcək.