“Yüngül narkotik istifadə etdim, mənə istədiyim təsiri bağışlamadı...”
“Elə olub ki, 3 gün fasilə vermədən kart oynamışam”
“Bir dəfəyə 50 min manat uddum, amma 1 həftəyə hamısını uduzdum”
“Qumar asılısı olmasaydım mütləq hər hansı bir maddə asılısı olacaqdım”
Müsahibimiz Nicat Bakı şəhəri, Qaradağ rayonunda anadan olub. Hazırda 29 yaşı var. Özünün dediyinə görə, 16 yaşından qumar asılısıdır. Cəmi 11 aydır asılılıqdan xilas olub.
Başına gələnləri Stopnarkotik.az-a danışan Nicat bildirir ki, indiyədək uduzduğu məbləğ udduğundan bəlkə də 50 dəfə çoxdur. “Elə olub ki, 3 gün fasilə vermədən kart oyanmışam”, - deyən hömsöhbətimizin sözlərinə görə, qumarda bir dəfəyə ən çoxu 50 min manat udub, həmin pulu da təxminən 1 həftə ərzində son qəpiyinədək uduzub.
Hazırda qumar asılılarına kömək etməyi qarşısına məqsəd qoyan Nicat deyir ki, bu sahədə dəstəyə ehtiyacı olan insanlara yardın etməyə hazırdır. Odur ki, maraqlanan şəxslər onunla qeyd etdiyimiz telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: +994 70 802 51 71.
Saat 20:00-da Nicatın saytımıza müsahibəsini izləməyi, kanalımızı bəyənməyi və verilişimizi paylaşmağı unutmayın.
Stopnarkotik.az