Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 18 müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Bu il yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü R.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.
A.Sadıqov əvvəllər Yevlax RPŞ-də polis serjantı kimi xidmət edib.