Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya ilə sərhəddə iki gün əvvəl qaçan “qanuni oğru” Stepa Murmanskini Samara vilayətinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarına təhvil veriblər.
Stopnarkotik.az xəbər verir ki, Murmanski (əsl adı Stepan Furman) xaricdə Rusiya məhkəməsindən qaçmaq istəyərkən saxlanılıb. Mayın 19-da o, Sankt-Peterburqda Ümumi Yurisdiksiya üzrə İkinci Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyasının iclası ərəfəsində Rusiya ərazisini tərk edib və onun cinayət işinin yeni məhkəmə baxışına keçirilməsi barədə qərar qəbul edilib.
Hazırda Furman Samara vilayətinin rayon polis idarələrindən birində müvəqqəti saxlama təcridxanasındadır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Furmana qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (“Cinayət iyerarxiyasında daha yüksək vəzifə tutma”) ilə cinayət işi 2019-cu ildə başlanıb. Bu, tarixdə ilk dəfədir ki, bir ölkə bu maddə üzrə müttəhimi Rusiyaya ekstradisiya edir. Əvvəllər dəfələrlə məhkum olunmuş Furman İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. 2021-ci ildə o, Portuqaliyada saxlanılaraq vətəninə təhvil verilib./lent.az