Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Abit Mərdanovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az trend-ə istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Abit Mərdanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Abit Mərdanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ötən ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunub.