Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsi aldadaraq hesabına 450 manat pul ödətdirməkdə şübhəli bilinən 26 yaşlı R.Əliyev, bir nəfərin isə 80 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 30 yaşlı A.Məmmədov saxlanılıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 49.700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 50 yaşlı E.Hüseynov saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində bir nəfərin mobil telefonunu, bir nəfərin isə 165 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 46 yaşlı Y.Səfiyev, bir nəfərin 30, bir nəfərin 20 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 19 yaşlı R.Əmrahov, bir nəfəri aldadıb hesabına 20 manat pul ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş O.Ağayeva saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.