Penitensiar Xidmət və DİN-dən birgə ƏMƏLİYYAT: həbsdə olan şəxsin gizlətdiyi silah tapıldı - FOTOLAR

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçiriblər.

Stopnarkotik.az xəbər verir ki, tədbirlər nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar  edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Masallıda basdırılaraq gizlədilmiş silah-sursat aşkarlanıb – Birgə əməliyyat