Paytaxtda soyğunçuluq edən şəxs ələ keçdi - ƏVVƏLLƏR OĞURLUĞA GÖRƏ MƏHKUM OLUNUB

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayon sakini polisə müraciət edərək naməlum şəxsin ona məxsus mobil telefonunu ələ keçirdiyini bildirib.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluqda şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı E.Hüseynov saxlanılıb.

Araşdırma aparılır.